Qəza nəticəsində yararsız hala düşmüş avtomobilə görə alınan sığorta məbləği vergiyə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Müəssisə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyidir və mənfəət vergisi ödəyicisidir. Müəssisənin balansında olan avtonəqliyyat vasitəsi qəza nəticəsində istismara yararsız hala düşmüşdür. Qəza nəticəsində avtomobili sığorta edən şirkət avtomobilin dəyərinin müəyyən qismini müəssisəyə ödəyir. Qəzalı vəziyyətdə olan avtomobili isə müəssisə digər bir müəssisəyə satır. (sığorta məbləği)

Nəticədə qəzalı olan avtomobilə görə sığorta sirkətinin ödədiyi sığorta haqqı və avtomobili alan şəxsin ödədiyi məbləğlərin cəmi nəqliyyat vasitəsinin mühasibat sənədlərində qalıq dəyəri məbləğindən artıq olur. Vergi qanunvericiliyinə əsasən bütün bu əməliyyatlar nəticəsində müəssisənin vergi öhdəliyinin yaranıb yaranmaması haqqında ətraflı məlumat verməyinizi sizdən xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.6-cı maddəsinə sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa alınmış sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Eyni zamanda aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.6-cı və 142-ci, 143-cü maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sığorta məbləği
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *