Aydın Əliyev konsaltinq şirkətlərini gömrük proseslərini monitorinq etməyə dəvət edib

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konsaltinq şirkətlərini gömrük proseslərini monitorinq etməyə dəvət edib.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda deyib.

Onun sözlərinə, şirkətlər bir qrup yaradaraq gömrük qiymətləndirilməsi apara, ticarət dövriyyəsinin sürətləndirilməsi ilə bağlı məsləhət və təkliflərini verə bilərlər: “Bu həm gömrük işinin şəffaflığının daha da artırılmasına, həm də yeni təkliflər əsasında təkmilləşdirilməyə imkan yaradacaq”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email