Ayrıca əldə edilmiş qeyri-maddi aktivlər

posted in: Uncategorized | 0

Ayrıca alınmış qeyri-maddi aktivlərin ilkin dəyəri adətən etibarlı müəyyən edilə bilər. Bu хüsusən, qeyri-maddi aktivin əldə edilməsi üçün ödənişin pul vəsaiti və ya digər mоnetar aktiv vasitəsilə həyata keçirilməsi zamanı mümkün olur.


Ayrıca alınmış qeyri-maddi aktivin ilkin dəyəri aşağıdakı iki elementdən ibarətdir:

(a) alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra idxal rüsumları və alışla bağlı bərpa edilməyən vergilər də daxil оlmaqla sərf оlunan məsrəflər;

(b) aktivdən məqsədyönlü istifadə edilməsi üçün onun lazımi vəziyyətə gətirilməsinə çəkilən birbaşa məsrəflər


Qeyri-maddi aktivlə bağlı məsrəflərin balans dəyərində tanınması, aktivin rəhbərlik tərəfindən nəzərdə tutulmuş tərzdə fəaliyyət göstərməsi üçün yararlı olduğu andan dayandırılır. Buna görə də qeyri-maddi aktivin istismarı, və ya yerdəyişməsi üzrə хərclər həmin aktivin balans dəyərinə aid edilmir.


Qeyri-maddi aktivin yaradılması ilə əlaqədar əlavə çəkilmiş, lakin aktivin rəhbərlik tərəfindən nəzərdə tutulan tərzdə istifadə olunmasına uyğun olan vəziyyətə gətirilməsi üçün zəruri olmayan xərclər aktivin balans dəyərinə daxil edilməyərək birbaşa mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınır.


Əgər qeyri-maddi aktiv üzrə ödəniş normal kredit şərtlərindən daha uzun müddətə təxirə salınarsa, onun ilkin dəyəri qeyri-maddi aktivin əldə edildiyi tarixdə pul vəsaitlərinin ekvivalentilə ifadə olunan alış qiymətinə bərabərdir. Bu məbləğlə ümumi ödənişlərin arasındakı fərq “Borclara aid edilən хərclər üzrə” 13 №-li Milli Mühasibat Uçоtu Standartında nəzərdə tutulan kapitalizasiya yanaşmasına müvafiq olaraq kapitallaşdırılmayanadək kredit müddəti üzrə faiz xərci kimi tanınır.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *