Azərbaycan hökuməti 2018-2019-cu illərdə real əmək haqqının artırılmasına çalışacaq

posted in: Xəbər | 0
birbank biznes

Gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normaları təkmilləşdiriləcək.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Bu məqsədlə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramının icrasını təmin etmək, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlərin ödənilməsində ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi ilə tədbirlər görmək, gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək, qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair təhlillər aparmaq, özəl tikinti müəssisələri tərəfindən həyata keçirilən tikililərin layihə smeta sənədlərində real əməkhaqqı xərclərinin müəyyənləşdirilməsi məqsədi ilə qaydaların qəbul edilməsi, büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödəniş sisteminin bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirilməsi, əməyin ödəniş sistemlərində eyni peşə və vəzifələr üzrə tarif (vəzifə) maaşları arasında əməyin nəticələri ilə bağlı olmayan fərqlənmələrin aradan qaldırılması öhdəliklərini öz üzərlərinə götürüblər.

Mənbə: apa.az

Print Friendly, PDF & Email