Azərbaycan və Qırğızıstanın audit qurumları arasında əməkdaşlıq sazişi imzalana bilər

posted in: Audit, Xəbər | 0
birbank biznes

Azərbaycan Qırğızıstana audit qurumları arasında əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədi ilə ikitərəfli əməkdaşlıq üzrə sazişin imzalanmasını təklif edib.

Belə bir təkliflə Qırğızıstanda və Rusiyada səfərdə olan Azərbaycanın Hesablama Palatasının nümayəndə heyəti çıxış edib.

Qırğızıstana səfərin məqsədi ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də iki qurum arasında müvafiq sahələr üzrə bilik və təcrübə mübadiləsinin gələcək istiqamətlərini müəyyən etməkdən ibarət olub.

Nümayəndə heyətinin səfərinin növbəti hissəsi Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatası tərəfindən keçirilmiş büdcə prosesi, metodologiya və ictimaiyyətlə əlaqələr və informasiya mövzusunda keçirilmiş seminarda iştirakla bağlı olub.

Seminarın sonunda Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında gələcək əməkdaşlıq əlaqələri gücləndirilməsi və inkişafı məsələləri ətraflı şəkildə müzakirə edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email