Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

əmək haqqıAzərbaycanda orta aylıq əmək haqqı 8,5 faiz artıb.

2019-cu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,1 faizi sənaye; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,9 faizi tikinti; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email