Azərbaycanda bankların auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması təklif olunur

posted in: Audit, bank, Xəbər | 0

Azərbaycanda iri şirkətlərin auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması daha məqsədə uyğundur.

Belə bir təkliflə Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda “Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” mövzusunda keçirilən elmi-praktiki konfrans zamanı çıxış edib.

Onun sözlərinə görə, banklar və iri şirkətlər xarici auditorlar tərəfindən yoxlanılsa da, problemlər ortaya çıxarılmamış və son nəticədə, yük dövlətin üzərinə düşüb.

Z.Səmədzadə qeyd edib ki, ona görə də bankların və iri şirkətlərin xarici auditorlar tərəfindən yoxlanılması prosesində Auditorlar Palatasının tövsiyə etdiyi yerli auditorların da iştirakı yaxşı nəticə verə bilər.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *