Azərbaycanda bu şirkət vergi güzəştləri hesabına 100 milyon dollara qənaət edib

posted in: Xəbər | 0
birbank biznes

“SOCAR Polymer” layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir”.

Bunu “SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov Bakıda keçirilən SOCAR III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya” Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ildə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 98,6%-i icra olunub: “Polipropilen qurğusunun detallı mühəndislik işləri 100%, satınalma 100%, tikinti işləri isə 96,7% yekunlaşıb. Qurğu bu  ilin iyun ayında istismara veriləcək”.

O bildirib ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 91,1%-i icra olunub: “Qurğunun mühəndislik işləri 99,8%, satınalma 99,9%, tikinti işləri isə 80,1% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun bu ilin III rübündə istismara veriləcəyi gözlənilir”.

F. Əhmədov Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodların geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və digər güzəştlər əldə etdiyini və buna görə də 100 mln. dollara qənaət edildiyini bildirib.

Mənbə: apa.az
Print Friendly, PDF & Email