Azərbaycanda maliyyə sektorunun işçi bazası bir ayda 100 nəfər artıb

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

işçi bazası Bu il iyunun 1-nə, Azərbaycanda maliyyə sektorunda işləyənlərin sayı 24,2 min nəfər təşkil edib. Bunun 4,5 min nəfəri dövlət, 19,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mayın 1-i ilə müqayisədə maliyyə işçilərinin sayında 100 nəfər artım olub. Belə ki, ay ərzində özəl sektorda işçilərin sayı 200 nəfər artıb, dövlət sektorunda isə işçilərin sayı 100 nəfər azalıb.

Xatırladaq ki, iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla işləyənlərin sayı 1 545,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8 min nəfər, qeyri-dövlət sektorunda isə 658,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 511,8 min nəfər çalışıb.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email