Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

əməkhaqqıAzərbaycanda orta aylıq əməkhaqqı 3%-ə yaxın artıb

2018-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 1 mln. 552,7 min nəfər olub, onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bax: Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunda kiçik dəyişiklik edilib

“Report”un verdiyi xəbərə görə, muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email