AzSığorta ASC Təcrübə Proqramı elan edir

posted in: Xəbər | 0
birbank biznes

AzSığorta ASC Təcrübə Proqramı elan edir.


İlkin iş təcrübəsi tələb etməyən ödənişsiz iş layihəsi və yay-qış tələbə iş təcrübəsi elanları.

Öz karyeranızı başlamaq üçün verilən fürsətdən istifadə etməyə hazırsınızmı?

Şirkətin təcrübə proqramı çərçivəsində  bu imkanı sizə yaradırıq. Proqramla bağlı tələbləri diqqətinizə çatdırırıq.

Tələblər:

• Analitik təhlil qabiliyyətli;
• Komanda şəraitində işləmək bacarığı;
• Dəqiq, məsuliyyətli və intizamlı olmaq

• Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcəkdir.
• Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışmaq peşəkar kimi formalaşmağınıza imkan yaradacaq.
• Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, bacarıq və şəxsi qabiliyyətinizlə fərqlənə biləcəyiniz təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazana bilərsiniz.
• Proqramı uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim olunacaqdır.

Qeyd:  Proqrama qoşulmaq istəyən namizədlərdən 01 avqust 2019-cu il tarixinədək  / elektron ünvanına CV-lərini  göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Təcrübə Proqramı
Print Friendly, PDF & Email