Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə yeni təyinat olub.
Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.
Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin fevral ayının 2-də imzaladığı sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu”nda aparılan müvafiq dəyişikliklər təsdiq edilib.
Mənbə: apa.az