Bakıda orta aylıq əmək haqqı ötən ilin yanvar-noyabrında 9% artıb

posted in: Xəbər | 0
birbank biznes

büdcə, orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqı2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 855,4 manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  (Aylıq əmək haqqı)

2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata çatıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9%, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2% çoxdur.

“Artım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əmək haqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub”, – məlumatda qeyd olunur.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Aylıq əmək haqqı
Print Friendly, PDF & Email