Rusiyalılar bank əmanətlərindən imtina etməyə hazırlaşırlar

posted in: Xəbər | 0
birbank biznes

rublun ucuzlaşması, bank əmanətləriRusiyalıların demək olar ki, 30 faizi əmanətlər üzrə ödənilən faizlərin aşağı düşməsi səbəbi ilə öz vəsaitlərini banklardan geri almağa hazırdırlar. Rusiya dövlət sığorta bankının apardığı tədqiqatlar nəticəsində belə bir mənzərə ortaya çıxıb. Bu haqda Lenta.ru saytı məlumat verib.

Respondentlərin 36 faizi əmanət strategiyasının dəyişiklik olmadan qalmasına razıdırlar. İki faiz əmanətçi isə pullarını qismən götürəcəklərini söyləyiblər. Onların 7, 6 və 4 faizi investisiya üçün müvafiq olaraq qızılı, istiqrazları və daşınmaz əmlakı alternativ kimi gördüklərini söyləyiblər. Daha 12 faiz resondent isə öz əmanətləri və yatırımları üçün daha əlverişli metodlar axtaracaqların bəyan ediblər.

Respondentlər arasında 21 yaşından 35 yaşına kimi olanların 36 faizi banklardakı bütün vəsaitlərini geri almağa hazır olduqlarını söyləyiblər. Amma, 55 yaşından yuxarı olan rusiyalılar arasında bu göstərici 25 faiz təşkil edir.

Gənclər arasında yeni investisiya variantları axtarışına hazır olanlar 14 faiz təşkil edir. Yaşlılar arasında isə bu 11 faizdir. Gənclərin üçdə biri investisiya strategiyasını dəyişdirməkdən imtina ediblər. Yaşlı nəsil arasında isə belələri 43 faiz təşkil edir. Gənc nəsil səhmləri və daşınmaz əmlakı daha cəlbedici investisiya aləti hesab edirlər.

Valyuta kursu yüksələcəyi halda 68 faiz rusiyalı banklardakı əmanətlərinə toxunmayacaqlarını bildiriblər. 16 faiz respodent isə kursun dəyişəcəyi halda rublla olan əmanətlərini xarici valyutaya dəyişdirəcəklərini söyləyiblər. Əmanətçilərin altı faizi isə vəsaitlərini xərcləyəcəklərini bəyan ediblər. 5 faiz əmanətçi valyuta kursunun yüksələcəyi halda bütün əmanətlərini banklardan geri çəkəcəklərini, 1 faiz əmanətçi isə pullarını qızıla, daşınmaz əmlaka yatıracaqlarını və səhmlər satın alacaqlarını bildiriblər

Sorğu 21 yaşdan yuxarı olan və əsasən əhalisi 100 min nəfərdən çox olan şəhərlərdə və əmanətləri, yığım hesabları və debet kartları olan 1,2 min nəfər rusiyalı arasında keçirilib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email