Bank Respublika’da “Yay Təcrübə Proqramı”

posted in: bank, İş elanı, Xəbər | 0
birbank biznes

Bank RespublikaYay Təcrübə Proqramı

Bank Respublika ASC” istedadlı və motivasiyalı universitet tələbələri üçün “Yay Təcrübə Proqramı” elan edir.

Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq və biliyin artırılmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramı təklif edirik.

Biz kimləri axtarırıq?

Biz savadlı, özünə güvənən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri yay təcrübə proqramına qoşulmağa dəvət edirik.

Biz Bank Respublika olaraq yay təcrübə proqramında sizlərə nə vəd edirik?

Biz Bankın ən güclü mütəxəssilərinə və menecerlərinə sizi təhkim etməklə, sizə təcrübə keçəcəyiniz sahə üzrə çox dərin biliklərə yiyələnmək, güclü komandada işləmək, gələcək karyeranızda böyük nailiyyətlər əldə etmək imkanı yaradırıq.

Həmçinin bax: Azərbaycan Beynəlxalq Bankında Təcrübə Proqramı

Proqramın təsviri:

Yay Təcrübə Proqramı güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrindən olan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqram tələbələrə öyrəndiklərini “iş yerində tətbiq” imkanı verir, eləcə də seçim şansı qazanan namizədlər üçün kütlədən seçilmək və gələcək karyera yolunda düzgün seçimlər və böyük nailiyyətlər qazanmaq üçün bir özül yaradır.

Karyera təşəbbüslərinizi gerçəkləşdirmək və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız.

Tələblər:

• Universitet tələbəsi  (iqtisadiyyat və idarəetmə sahələrində təhsil alanlara üstünlük verilir);
• İnsanlarla peşəkar ünsiyyət qurmaq bacarığı;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti (İngilis və Rus dilləri arzu olunandır);
• MS Office proqramları üzrə ümumi bilik;

Təcrübə müddəti iyul və avqust ayları ərzində nəzərə tutulmuşdur.

Həmçinin bax: Böyük dördlük audit şirkəti Mühasib axtarır

Uyğun namizədlərdən öz CV formalarını 24 iyun 2018-ci il tarixədək  / ünvanına mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email