“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı azalıb

posted in: bank, Xəbər | 0
birbank biznes

“Bank BTV (Azerbaijan)” ASC-nin səhmlərinin 48,99%-nə nəzarət edən “Bank VTB 24 (Rusiya)” bu ilin əvvəlindən “Bank VTB (Rusiya)”ya qoşularaq ləğv olunduğu üçün avtomatik olaraq 1-cinin Azərbaycan bankındakı payı hüquqi varislik qaydasında 2-ciyə keçib.

Söhbət hər birinin nominal dəyəri 0,2 manat olan 124 496 737 ədəd adi, adlı, sənədsiz səhmdən gedir.

Bununla da, “Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı 3-dən 2-yə düşüb, “Bank VTB (Rusiya)”nın Bankdakı payı isə 99,99%-ə yüksəlib. Səhmlərin qalan 0,01%-i isə əvvəlki kimi Adıgözəl Ağayevə (“AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, “Bank VTB (Azerbaijan)” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email