Baş mühasib 36.000 manat pulun arxasına necə keçdi???

posted in: Xəbər | 0
birbank biznes

Moskva vilayətində yerli şirkətin baş mühasibi 1,2 milyon rublun (təxminən 36.000 manat) arxasına keçib.

Moskva vilayətinin Dimitrovskiy rayonunda yerləşən yerli şirkətlərdən birində baş mühasib işləyən qadın 1,2 milyon rublu mənimsəyib. Bu fakt haqqında Moskva vilayəti üzrə polis idarəsinin mətbuat xidməti məlumat verib.

Belə ki, yerli polis orqanına müraciət edən həmin təşkilatın rəhbərliyi  bildirib ki, inventarlaşma aparılarkən, 1,2 milyon rubldan çox vəsaitin çatışmadığını aşkar ediblər.

Həyata keçirilən operativ axtarış tədbirləri nəticəsində pul vəsaitlərinin mənimsənilməsində şübhəli bilinən 38 yaşlı yerli sakin, müəssisədə Baş mühasib vəzifəsində çalışan qadın saxlanılıb.

O, xidməti vəziyyətindən yararlanaraq, 2014-cü ilin sentyabr ayından, 2016-cı ilin iyul ayına kimi şirkətin pullarını özünün şəxsi bank hesabına köçürüb.

Şübhəli barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə (mənimsəmə və ya israfetmə) cinayət işi qaldırılıb və mühasibdən heç yerə getməməklə bağlı iltizam alınıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email