Baş mühasib tələb olunur

birbank biznes

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Business Service Center Ltd

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Tuti xanım


İş barədə məlumat

– 20 ildən artıq konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing şirkəti lahiyələrinin və müştəri portfelinin sayının artması ilə bağlı özünə güvənən, öyrətmək və öyrənmək istəyən, inkişaf edib və inkişaf etdirmək qabiliyyəti olan , perspektivli karyera qurmaq istəyən Baş Mühasib və mühasibləri işə dəvət edir

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq.
– Peşakarlarla inkişafa yol açırıq.
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki :1-5 günlər 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 13:00-dək (alt, üst həftə)


 1200 manat məvaciblə Mühasib tələb olunur

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
– Balansın çıxarılması
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
– Tez qavramaq və uyğunlaşmaq bacarığı
– Problemləri təhlil və həll etmə bacarığı
– Vergi qanunvericiliyi bilmək
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

CV-lərinizi foto ilə birlikdə /  elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email