Baş mühasib külli miqdarda pulun mənimsənilməsində ittiham olunur

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Baş mühasibVoronej yaxınlığındakı məktəbin mühasibi mənimsəmədə ittiham olunur

Novousmaskiy rayon məhkəməsi Şuberskiy orta məktəbinin baş mühasibi ilə bağlı hökm çıxarıb. Qadın üç il ərzində demək olar ki, iki milyon rubl mənimsəyə bilib.

Vilayət prokurorluğunun mətbuat-xidmətindən verilən məlumata görə, mühasib dələduzluqla üç il – 2014-cü ilin iyun ayından, 2017-ci ilin oktyabr ayına kimi məşğul olub. Əməkhaqqı hesablamaları və ödənişləri ilə məşğul olan baş mühasib özünə məxsus maaşı müntəzəm olaraq “artırmaqda” davam edib. Bu yolla onun Novousmanskiy rayon administrasiyasına vurduğu zərər 1,8 milyon rubl təşkil edib.

Mühasibə qarşı “Xüsusi ilə külli miqdarda dələduzluq” maddəsilə cinayət işi qaldırılıb. Məhkəmənin hökmüylə qadına şərti olaraq 3 il cəza verilib, eləcə də sabiq mühasibi 2 illik sınaq müddəti gözləyəcək. Bundan əlavə, o, vurduğu zərəri də tam şəkildə ödəməli olacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email