Baş mühasibi necə seçməli?

birbank biznes

mühasib peşəsi, namizəd seçimiHeç kimə sirr deyil ki, müəssisənin uğuru bir çox hallarda daxili stabillikdən asılı olur. Hansı ki, o başlıca olaraq maliyyə sahəsi ilə bağlı fəaliyyətə görə məsuliyyət daşıyan əməkdaşlar tərəfindən yaradılır.  Beləliklə, Baş mühasib seçimi istənilən sahibkardan ötrü ən mühüm işlərdən biri hesab olunur. Təbii ki, digər bir variant da var. Yəni mühasibat uçotu ilə bağlı işlərin aparılması kənar təşkilatlara da həvalə oluna bilər.

Qeyd etmək lazımdır ki, Baş mühasib istənilən müəssisə, təşkilat və şirkət üçün məsul şəxs sayılır, bütün maliyyə sənədlərində onun imzası durur. Bir fakt da maraqlıdır ki, müəssisə rəhbərliyi mühasiblə hətta öz yaxın adamlarından belə daha çox təmasda olur, ünsiyyət qururlar. Bütün bu səbəblər mühasib namizədinə qarşı həmişə yüksək tələblər irəli sürməyin vacibliyini tələb edər. Müəssisənin işlərini uğurla apara bilməyi bacaran mühasibi necə seçməli?

Çox vaxt Baş mühasib seçimi üç mərhələyə bölünür.
  • Başlanğıcda bu vəzifəyə çoxlu namizədlər cəlb etmək lazımdır. Bu məqsədlə tanışlarınıza və hətta yaxınlarınıza da müraciət edə bilərsiniz. Hansılar ki, onlar həmin vəzifəyə münasib gələn namizədləri sizə məsləhət görə bilərlər. Eləcə də kadrlarla bağlı xüsusi agentliyə də müraciət etmək olar. Namizədlərin cəlb olunmasından ötrü ən səmərəli yol onların bir neçə kanal üzrə cəlb olunmasıdır. Belədə iddiaçılarla bağlı seçim etmək imkanlarınız xeyli artır. Bununla bağlı qəzet elanları, kadr agentlikləri, internet-portalları, əmək birjasından və s. yararlanmaq olar.
  • Növbəti mərhələ namizədlərin CV-ləri ilə tanışlıqdan ibarətdir ki, bu da az vaxt aparmır. Hər bir namizədin CV-ni diqqətlə gözdən keçirin. Onun necə ifadə olunmasından başlamış, bioqrafiyasındakı mühüm məqamlara, iş təcrübəsinə nəzər yetirin. Qeyd etmək lazımdır ki, bir qayda olaraq təcrübəli mühasiblər öz CV-lərində qeyri-dəqiqliyə yol vermirlər, bu işə çox səliqəli yanaşırlar.  Yeri gəlmişkən, kadr üzrə mütəxəssislər deyirlər ki, lakonik və savadlı yazılmış CV mühasibin ən başlıca peşə cizgisini göstərən əlamətlərdən biridir.
  • Bunun ardınca sizin xoşunuza gələn namizədlərlə telefon söhbətləri aparılmalıdır. Telefon danışığı zamanı iddiaçının danışıq aparmaq bacarığına diqqət yetirmək lazımdır.  Əgər o, ilkin olaraq əmək şəraitini, iş qrafikini öyrənib, sonra əmək haqqı ilə maraqlanarsa, bu şəxs sizdən ötrü yaxşı mühasib ola bilər.

Beləliklə, siz telefon söhbətləri zamanı kimi müsahibəyə dəvət edib, kimi dəvət etməyəcəyinizi müəyyənləşdirirsiniz. Müsahibə zamanı siz namizədin təkcə xidməti siyahısını öyrənməməlisiniz. Namizədin psixoloji nöqteyi-nəzərdən dayanıqlılığını da yoxlamalısınız ki, seçdiyiniz mühasib istənilən stresli vəziyyətlərin öhdəsindən gələ bilsin. Dəqiq bilmək lazımdır ki, mühasib sizi və bütün şirkəti çətin anlarda pərt vəziyyətdə qoymayacaq.

Əlbəttə, bu zaman həmin adamın mühasib kimi səriştəliliyini də yoxlamağı unutmayın. Misal üçün, onun şifahi hesablama bacarığını necə sürətli və dəqiq yerinə yetirməsini, vergi və mühasibat uçotu ilə bağlı bilik səviyyəsini, özünə nəzarəti və s. sınaqdan keçirmək yerinə düşərdi.

Beləliklə, yekunda etiraf etmək lazımdır ki, Baş mühasib seçimi həmişə müəssisə rəhbərlərindən ötrü mürəkkəblik daşıyan bir məsələ olaraq qalmaqdadır. Amma ümid edirik ki, bizim tövsiyələrimiz sizlərə mühasib vəzifəsinə layiqli namizəd axtarıb tapmaqda kömək edə biləcək.

Uğurlar!


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email