Baş mühasibin 5 sirri

birbank biznes

Baş mühasibin 5 sirri: planlaşdırmadan etibarlı hesabata qədər

Hesabat dövründə mühasib üçün çatışmayan şey – vaxt azlığıdır!  Hesabat dövründə, yəni il ərzində öz zamanınızı səmərəli şəkildə ayıra bilsəniz və vəzifələrinizi savadlı şəkildə planlaşdırsanız, bunun öhdəsindən gələ bilərsiniz.

Birinci sirr – Daima planlaşdırırıq

Mühasibin otağında divarda A1 formatlı vatman kağızında cədvəl asılıb. İlk günlərdə biz “hesabat qrafikinin” özünəməxsus cizgisini qeyd edirik, hansı ki, ora bunlar yazılır: hesabatın növü, verginin ödəniş tarixi, hesabatın təqdim olunma vaxtı. Hər bir hesabat növü və ya ayrı-ayrı təşkilat üzrə (əgər siz bir neçə nəfərlə birlikdə işləyirsinizsə) məsul olannı qeyd edirik. Bu əməkdaşların işini öncədən koordinasiya etməyə (hər bir kəs öz məsuliyyət zonasını bilir) kömək edir və öz tapşırıqlarını planlaşdırmağa yardım edir.

Bu zamanMühasibin təqvimi” köməyə çatır, orada bu məlumatlar yer alır: nə vaxt, hansı hesabatlar və hansı vergilər verilməlidir, bu kimə aiddir və “1C” “Tapşırıqların siyahısı”na daxil edilən və yaxın vaxtlarda hesabatların və vergilərin ödənilməsi üzrə xəbərdarlıq.

Bax: Baş mühasibin hüquqları

İkinci sirr – Nəzarət vərəqlərindən istifadə edirik

Hesabatları təqdim etməkdən ötrü çoxlu işlər icra olunmalıdır. Bizim “fişkamız” hər bir hesabat üçün nəzarət vərəqləridir. Onlarda mühasibin fəaliyyət alqoritmi addımbaddım qeydə alınıb. Misal üçün, ƏDV üzrə bizə bunlar lazımdır: bütün sənədlərin yerində olduğu yoxlanılmalıdır, hesab-fakturaların mövcudluğu, lazımi hesabın varlığı yoxlanılır, hesabların dövriyyəsi müqayisə olunur, bəyannamə formalaşdırılır və s. Bunlar heç nəyin yaddan çıxmasına imkan vermir və bəyannaməni dəqiq vaxtında təqdim etmək şansını artırır.

Üçüncü sirr – Müntəzəm olaraq yoxlayırıq

Hesabatı təqdim etməzdən öncə biz tədarükçülər və alıcılarla uzlaşma aparırıq (hər şeyin bazada – gəlirlər və xərclərin, əks olunub-olunmadığına baxırıq). Bunu hər ay, ay başa çatdıqdan sonra müntəzəm olaraq etmək məsləhətdir. Bu işdə bizə “1C: Yoxlama” pulsuz servisi yardım edir. Bütün bunları əllə yerinə yetirdikdə, o, kontragentlərin sürətindən asılı olurdu, sənədlərin daxil olmasını gözləyirdik. İndi isə hesab-fakturalar və ƏDV məbləğlərinin yoxlaması bir neçə dəqiqə çəkir.

Diqqət yetirin, bu servisi əvvəlcədən işə salmaq lazımdır, çünki sizin “1C” bazanızda və kontragentlərin bazasında elektron ünvanların dəyiş-düyüşü, ƏDV və hesab-fakturalar üzrə test yollayışları üçün  zaman lazımdır.

Bax: Yaxşı mühasibi necə tapmalı?

Dördüncü sirr. Ekspress yoxlama keçiririk

Təəccüblüdür ki, bir çoxları uçotun təhlilini aparmaq, düzgün olmayan provodkaların olub-olmamasını və ya hansısa əlavə funksiya daxil edilmədən birbaşa bazaya qoşulmağın mümkünlüyünü bilmir. Artıq bu bölmə nəzarət vərəqlərində yazılıb.

Beşinci sirr – Müşaiyət servislərindən istifadə edirik

Bizə vaxtımıza təxminən 40 faiz qənaət etməyə “1C” müşaiyət servisi kömək edir, hansı ki, burada öz rolunu oynayır.  

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email