Təsisçi il başa çatmamış dividend götürə bilər?

posted in: Xəbər | 0

Sual: Müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Təsisçi satışdan mədaxil olan pul vəsaitlərini bankdan ilin ortalarında hansı qaydada məxaric edə bilər? Xahiş edirik bu prosesi tam izah edəsiniz. (dividend)

Cavab: Bildiririk ki, təsisçi hüquqi şəxsdən pul vəsaitlərini xalis mənfəətin bölüşdürülməsi nəticəsində, dividend şəklində əldə edə bilər.

Divivend dedikdə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş başa düşülür.

Mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsinə uyğun olaraq səhmdar cəmiyyət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər.

Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təsisçi, dividend
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *