fbpx

Medpro Marketing Service 1000 AZN əmək haqqı ilə Baş Mühasib axtarır

birbank biznes
Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Medpro Marketing Service
  • Şəhər – Bakı
  • Yaş – 27 – 40 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – HR

Vakansiya barədə məlumat

– Mühasibat uçotunun aparılması və müvafiq hesabatların hazırlanması.
-Əməliyyatların 1C proqramında əks olunması.
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək, qanunvericilikdə aparılmış dəyişikliklər barədə məlumatın olması
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Ödəmələrə nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: 1-5–ci günlər, 09:00-dan 18:00-dək
– İstirahət günləri: Şənbə və bazar

Baş Mühasib üçün tələblər

– Ali təhsilli
– Vergi və Kadr uçotu üzrə biliklər
– Microsoft Office proqramlarını bilmək
1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (xidmət sahəsi)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı.
– Əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı, gəlir və xərclərin müəyyən olunması
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– Xarici dil bilikləri (Rus və İngilis dili) üstünlük hesab edilirCV-lərinizi foto ilə birlikdə  / ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur.
Mənbə: finstaff.az


Print Friendly, PDF & Email
error: Content is protected !!