Azərbaycanda başqasının adına mal idxal etmək mümkün olmayacaq

posted in: Xəbər | 0
birbank biznes

dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükDövlət Gömrük Komitəsinin (DGK) Kollegiyası “Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. (mal)

Bu Qaydalar dekabrın 14-dən qüvvəyə minib.

Qaydalara əsasən, faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər risk meyarlarına əsasən müəyyən edilən, malların faktiki idxalatçısı və ya ixracatçısı digər şəxslər olduğu halda, idxal və ya ixrac əməliyyatlarını öz adından həyata keçirən şəxslər, risk meyarları faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin müəyyən edilməsi üçün bu Qaydalarda nəzərdə tutulan riskli hesab olunan halların məcmusudur.

Risk meyarları müəyyən olunarkən qanunvericiliklə müəyyən edilən tələblər nəzərə alınır. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir:

 – məlumatların toplanması;

 – məlumatların emalı (təhlili);

 – məlumatların ötürülməsi.

Məlumatların toplanması mərhələsi İqtisadiyyat Nazirliyi və DGK tərəfindən idxal və ixrac əməliyyatları aparan xarici ticarət iştirakçılarının fəaliyyəti barədə məlumatların İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə əldə olunmasından ibarətdir. Bu mərhələdə İqtisadiyyat Nazirliyi və DGK-də tətbiq edilən avtomatlaşdırılmış proqram təminatı vasitəsilə mövcud məlumat mənbələrindən alınmış məlumatlar, o cümlədən vergi, gömrük bəyannamələrində təqdim olunmuş məlumatlar təhlil edilir. Məlumatların emalı mərhələsində toplanmış məlumatlar bu Qaydalarda göstərilən risk meyarları əsasında təhlil edilir. Məlumatların ötürülməsi mərhələsində toplanmış məlumatların təhlili nəticəsində bu Qaydalarda göstərilən risk meyarlarına aid olan şəxslər faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər kimi müəyyən edilərək, həmin şəxslər barədə məlumatlar Nazirlik və Komitənin elektron informasiya sistemləri arasında mübadilə edilir. Məlumat mübadiləsi zamanı kənar idxalçının müəyyən edilməsi üçün tətbiq edilən risk meyarı mütləq qeyd olunmalı və müvafiq əsaslandırma əlavə edilməlidir.

Faktiki olaraq üçüncü tərəflər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında müəyyən edilir:

– istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda istehsal etdiyi, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

– idxal və ya ixrac əməliyyatları aparan vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etmədikdə və ya hər hansı üçüncü şəxslə saxlanma müqaviləsi bağlamadıqda;

– idxal və ya ixrac əməliyyatları aparan fərdi sahibkar və ya idxalatçı hüquqi şəxsin rəhbəri və ya təsisçisi bu Qaydalarda müəyyən edilən risk meyarlarına əsasən riskli hesab edilən digər hüquqi şəxsin idarəetmə orqanının rəhbəri və ya təsisçisi olduqda;

– topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər son 2 ayda iki və ya daha artıq gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi malları elektron qaimə-faktura təqdim etməklə satışında əks etdirmədikdə;

– şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

– vergi ödəyicisinin son 6 ay üzrə idxal etdiyi malların həcmi onun həmin dövr üzrə dövriyyəsindən azı 2 dəfə artıq olduqda;

– idxal və ya ixrac əməliyyatlarının həcmi işçi sayının olmasını tələb etməsinə baxmayaraq, vergi ödəyicisinin bəyannaməsində işçi sayı göstərilmədikdə, əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri müəyyən edilmədikdə və ya işçi sayı idxal əməliyyatlarının həcminə uyğun göstərilmədikdə.

Bu Qaydalara əsasən müəyyən olunmuş faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 734 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mal, idxal,
Print Friendly, PDF & Email