Vergi ödəyiciləri hansı bəyannaməni hazırlamaqda daha çox çətinlik çəkirlər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bütün bunlar isə, təbii ki, Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub. Son 3 həftə ərzində Mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73.555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla, ümumilikdə 35.663 zəng təmsilçilər tərəfindən cavablandırılıb.

Daha çox vahid bəyannamə tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi – 14%), “Asan imza” sertifikatının yeni formadan əldə edilməsi (13%) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.

Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bütün əməkdaşlarının tam tərkibdə və daha gərgin rejimdə fəaliyyəti göstərmələrinə, zəngləri qəbul etmək üçün mövcud 180 kanalının imkanlarından tam şəkildə istifadə olunmasına, sualların cavablandırılmasına əlavə işçi qüvvəsinin cəlb edilməsinə baxmayaraq, vergi ödəyicilərindən iş yükünün həddindən çox artmasını nəzərə alaraq, nazirliyin rəsmi internet səhifəsinə müraciət etmək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış olmaq tövsiyə olunur.

Mənbə: vergiler.az


Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email