Azərbaycan Beynəlxalq Bankında vakansiya

birbank biznes

vakansiyaVəzifə: Daxili Audit Departamentinə Baş Auditor

Vəzifə öhdəlikləri:

  • Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
  • Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
  • Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması;
  • Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
  • Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi;
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi;
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Davranış səriştələri:

  • Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
  • Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
  • Vaxtın səmərəli idarəedilməsi;
  • Təqdimat bacarığı.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil və bank və audit sahəsində azı 2 illik iş stajı;
  • Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
  • Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;

Qeyd: ACCA, CİA  və İFRS üzrə xüsusi beynəlxalq sertifikatlara malik namizədlər yazılı qiymətləndirmədən azaddır

Həmçinin bax: 1200 manat məvaciblə Mühasib axtarılır

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  03 Avqust  2018-ci il tarixinədək  / elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Auditor” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: ibar.az

Həmçinin bax: 1200 manat məvaciblə mühasib axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email