» » » Bəzi yanacaq növləri üçün aksiz vergisində dəyişiklik edildi

Bəzi yanacaq növləri üçün aksiz vergisində dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0
Print Friendly, PDF & Email

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 74
Bakı şəhəri, 2 mart 2018-ci il
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 19 210 0 və 2710 19 250 0” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin
2710 19 210 1reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq1 ton üçün 1,0 manat
2710 19 210 9reaktiv mühərriklər üçün digər yanacaq1 ton üçün 80 manat
2710 19 250 1KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin1 ton üçün 1,0 manat
2710 19 250 9digər məqsədlər üçün kerosin1 ton üçün 80 manat

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir.

Azərbaycan Respublikasının
Baş naziri                                            Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *