Bitkoin daşınan əmlakla bərabər tutulacaq

posted in: Xəbər | 0
birbank biznes

BitkoinFransada bitkoin və digər kriptovalyutaları yenidən təsnif etmək və treyderlərin kriptovalyutalardan əldə etdikləri vəsaiti «daşınan əmlakdan» kapital artımı kimi vergiyə cəlb etmək üçün  hazırlıq gedir. Bundan əlavə, verginin dərəcəsində də əhəmiyyətli dəyişiklik ediləcək, 45 faizdən 19 faizə endiriləcək.

Bu ilin əvvəllərində bir neçə vergi ödəyicisi Fransanın inzibati məhkəməsinə iddia ərizəsi vermişdilər. Onların iddiası 2014-cü ilin noyabrından qüvvəyə minmiş bitkoinlərdən və rəqəmsal valyutalar ilə əlaqəli digər tranzaksiyalardan vergi tutulması ilə bağlı idi.

Qanunvericiliyə əsasən, valyutalarla edilmiş əməliyyatdan gələn gəlirlər davamlı fəaliyyət zamanı kommersiya gəlirləri, birdəfəlik tranzaksiyalar zamanı isə qeyri-kommersiya gəliri hesab edilirdi. Bu cür təsnifat əsasında vergi ödəyiciləri 45 faizə qədər vergi ödəməyə məcbur edilə bilərdilər.

Fransa kütləvi informasiya vasitələrinin məlumatında bildirilir ki, Dövlət Şurası yuxarıda göstərilmiş iş üzrə iddiaçıların qismən xeyrinə olan qərar qəbul etmişdir. Qərara əsasən, tranzaksiyalardan gələn gəlirin necə tənzimlənməsinə yenidən baxılacaq, bundan sonra həmin gəlir «daşınan əmlakdan» əldə edilmiş gəlir kimi qiymətləndiriləcək.

Bu isə o deməkdir ki, həmin gəlirlər bundan sonra 19 faizlik sabit dərəcə ilə vergiyə cəlb olunmalıdır. Bu, əvvəlki ilə müqayisədə əsaslı şəkildə azdır.

Keçən ilin sonunda Fransanın fond bazarının tənzimləyici orqanı bitkoin və digər rəqəmsal valyutalar ilə əlaqədar müsbət münasibət bildirərək bəyan etmişdi ki, bu valyutalar biznesin qanuni tələblərini yerinə yetirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email