Biznes qurmaq üçün pul əldə etməyin 4 üsulu

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Biznes qurmaq üçün pulu necə tapmalı?

Sahibkar – bu, öncəgörmə qabiliyyəti və yaratmaq eşqi olan bir insandır. Bundan ötrü özünüzdə güc hiss edirsinizsə və startap üçün beyninizdə bir ideya yetişibsə, ofis işindən imtina edib, şəxsi biznesinizə başlamaq vaxtı deyilmi? Bu məqalədə biz bir neçə variantı nəzərdən keçirəcəyik.

  • Kredit almaq. Bu üsul ona görə yaxşıdır ki, qısa müddət ərzində öz işinizə başlamaq üçün bütün lazımi məbləği əldə edə bilərsiniz. Araşdırmalara görə, hazırda banklar orta və kiçik biznesin maliyyələşdirilməsinə üstünlük verirlər. Kredit verənlər qarşısında ən uğurlu olanlar məhdud məsuliyyətli cəmiyyət şəklində qeydiyyata alınan kiçik şirkətlərdir. Əgər siz bütün lazımi sənədləri hazırlasınız, bankdan pul almaq o qədər də çətin olmayacaq. Belə bir maliyyələşdirmə mənbəyinin əsas çatışmazlığı odur ki, kiçik hissələrlə olsa da, borcu dərhal ödəməyə başlamalı olacaqsınız. Eyni zamanda, işə qoyulan pulu dərhal çıxarmaq o qədər də asan iş deyil. Hər hansı bir gecikmə sizi peniyalar, cərimələr və digər problemlərlə təhdid edə bilər.
  • Pulu dostlardan əldə etmək. Bu ən sadə və rahat variant kimi görünür. Yaxınlarınız sizə etibar edirlər. Onlar sizdən böyük faizlər tələb etməyəcəklər. Lakin münasibətləri korlamamaqdan ötrü hökmən borc müqaviləsi tərtib edin. Bu üsulun ən böyük mənfiliklərindən biri – sizin işlərinizə müdaxilələr ola bilər. Dostların lazımsız məsləhətlərindən qurtulmaq daha çətin olacaq. Axı, sizin biznesinizi maliyyələşdirərək, onlar özlərini də bu işə aid hiss edə bilərlər. Buna yol vermək olmaz. Təcrübəli investorlardan fərqli olaraq, onlar başladığınız işi obyektiv qiymətləndirə və səhvlərdən qaçınmağa kömək edə bilməyəcəklər.

  • İnvestorlar tapmalı. Başlanğıc üçün kapitalı olmayan bir çox iş adamları investorlara müraciət edirlər. Məsələn, Starbucks qəhvəxana şəbəkəsinin sahibi Howard Schultz-a Sietldakı kiçik bir qəhvəxana şəbəkəsini satın almaq və işə başlamaq üçün 4 milyon dollar sərmayə qoymaq lazım idi. O, pul qoymağa hazır olan bir insanı tapdı və bir neçə ildən sonra Starbucks dünyanın ən məşhur qəhvəxana şəbəkələrindən birinə çevrildi. Hər şey iş adamının təcrübəsi, Schultz-un bilik və aydın biznes planı qurması sayəsində baş verdi. Ancaq, investorları tapmaq həmişə elə də asan deyil. Xüsusilə də işə yeni bir girişən üçün. Belə insanlar həmişə peşəkar yanaşma tələb edirlər.
  • Kraudfandinq (ing. сrowd funding, сrowd — “kütlə”, funding — “maliyyələşdirmə”). Pulların “xalq yığımı” üsulu hər gün yeni layihələr həyata keçirməyə kömək edir. Filmlərin çəkilişindən və radiostansiyaların istifadəsindən başlamış, texniki yeniliklərin inkişafına qədər. Bu parlaq və qeyri-adi startaplar üçün yaxşı bir variantdır. Çox sayda insana fayda gətirəcək bir ideyanız varsa, pul toplamaq şansınız böyükdür. Yüzlərlə izahedici kraudfandinq platformaları var. Onların arasından seçim etmək üçün sizin ideyanızın hansı auditoriya üçün maraqlı ola biləcəyini anlamaq lazımdır. Üstəlik, bu cür sərmayələr zamanı işinizin müstəqilliyinə hər hansı bir zərər gəlməyəcək – heç kim bir pay və ya bütün pulları qaytarmağı tələb etməyəcək. Amma sponsorlar üçün formal mükafatlar hələ də vacibdir. Lakin görünməyən maneələr də mövcuddur. Layihənin başlanması birbaşa yığılmış məbləğdən asılıdır və təxirə salına bilər. İnsanları ideyanızın cazibədarlığına inandırmasanız, başlanğıc kapitalı, ümumiyyətlə, yığılmayacaq.

Yeni ideyaların maliyyələşdirilməsi variantları kifayət qədərdir. Sizə yalnız uyğun olanı seçmək qalır. Uğurlu biznesmenlərin əksəriyyəti belə qənaətdədirlər ki, bu gün öz biznesinizə başlamaq həmişə olduğundan daha asandır. Başlanğıc kapitalının olmaması bu qərarı vermək və təxirə salmaq üçün səbəb deyil. Çünki əsl sahibkar yalnız bir xəyalpərəst deyil, həm də bir ifaçıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email