DVX sosial sığorta və işsizlikdən sığorta haqlarının ödəniləcəyi bank rekvizitləri barədə məlumat verib

posted in: Xəbər | 0

Karantin qaydaları, icazələrin aktivləşdirilməsi, fəaliyyət növləri, icaze.e-gov.az, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,Respublika üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının uçotunun və yığımının mərkəzləşdirilməsi (hərbi qurumlar istisna olmaqla) məqsədilə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları aşağıdakı bank rekvizitlərinə ödənilməlidir:

Məcburi dövlət sosial sığorta haqqı üzrə

B1.Benefisiar(alan) bank

Adı:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ89CTRE00000000000007018506

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

Məcburi dövlət sosial sığortanın Xüsusi hesabı

(Penya,cərimə və maliyyə sanksiyaları üçün)

B1.Benefisiar(alan) bank

Adı:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ85CTRE00000000000007018578

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığorta haqqı üzrə

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ53CTRE00000000000007018572

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığortanın Xüsusi hesabı

(Penya,cərimə və maliyyə sanksiyaları üçün)

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2. Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ26CTRE00000000000007018573

VÖEN: 1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

Faylı yükləyin: Bank rekvizitləri

Mənbə: vergiler.az


“Əlillik” altsistemində bir sıra yeniliklər tətbiq edilib

posted in: Xəbər | 0

əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin fuksionalllığı xeyli genişləndirilib.

Yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da altsistemdə əhatə olunacaq.

Bütün bunlar qeyd edilən məlumatlar əsasında əlilliyin qiymətləndirilməsinin daha təkmil və obyektiv, həmçinin çevik aparılmasına imkan verəcək.

Əlilliyin qiymətləndirilməsi məqsədi ilə indiyədək vətəndaşlarla bağlı edilən müraciətlərin sayı və imtina səbəbləri də xüsusi bölmədə əksini tapacaq.

Artıq iyulun 15-dən əlilliyin qiymətləndirilməsi prosesi təkmilləşdirilmiş “Əlillik” altsistemi üzərindən həyata keçiriləcək.

Mənbə: report.az


Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (I hissə)

posted in: muhasibat, Xəbər | 0

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (I hissə)

Uğur reseptləri – bunlar bir çox bizim həmkarlarımızın can atdığı yeni “müqəddəs Qraaldır”. Lakin məlum olduğu kimi, yaxşının düşməni əladır. Uğur dalınca qaçarkən reallıq hissini sadəcə itirə və həyatda ən vacib olan harmoniyanı unuda bilərsiniz. Buna görə, onlarla mühasib ilə söhbət zamanı biz belə bir nəticəyə gəldik ki, həmin mühasiblərin bir çoxundan ötrü vacib olan karyera yüksəlişi deyil, sadəcə öz işini yaxşı yerinə yetirməkdir. Sonuncu şəxsi uğurlara çatmadan, karyera yüksəlişindən daha çətindir. Özünüz də bizimlə razılaşarsınız ki, yaxşı mühasiblərə artıq ən yaxşı olanlardan daha tez-tez rast gəlinir.

Həmkar-mühasiblərlə ünsiyyət zamanı biz adi mühasiblərə uğurlu mühasib olmaqda kömək edən dörd sadə üsulu müəyyən edə bildik. Onlar elə də mürəkkəb deyil. Özünüz də buna əmin ola bilərsiniz.
Ünsiyyət – bu, ən yaxşı təhsildir

İxtisasın artırılmasının birbaşa xüsusi kurslar və ya təcrübəli məşqçilər yanında öyrənməklə əlaqəli olduğu qəbul edilib. Təbii ki, bunun belə olması ilə bağlı tutarlı dəlillər var. Lakin, o da faktdır ki, bahalı kurslar, gözəl sertifikatlar və bir neçə gün işdən kənarda qalmaq, heç də həmişə gözləntiləri doğrultmur. Təcrübəli mühasiblərin qeyd etdikləri kimi, peşəni daim öyrənmək lazımdır. Buna isə həmkarlarınla fasiləsiz ünsiyyət vasitəsilə nail olmaq mümkündür.

Daim digər şirkətlərdən olan həmkarlarla ünsiyyət qurma imkanı axtarın. Hazırda bundan ötrü bütün şərait vardır: forumlar, portallar, sosial şəbəkələr. Bu saytlar öz biliklərini daim aktuallaşdırmağa və konkret praktiki məsləhətlər almağa imkan verir. Bundan başqa, vergitutma, qanunvericilik, hüquqi münasibətlər və s. sahəsində bir çox aparıcı məsləhətçi və ekspertlər həmin forum və portallarda ünsiyyət qururlar. Siz birbaşa məsləhət alaraq onlara bilavasitə suallar verə bilərsiniz. Onlara abunə olun, onlara suallar verin, ünsiyyət saxlayın.

Digər peşələrdən öyrənməyə çalışın

Adi menecerin gündəlik iş qaydaları mühasibin iş cədvəlindən çox fərqlənirmi?  Əslində elə də güclü fərqlənmir. Onda niyə digər peşələrin nümayəndələrinin öz iş məkanını və vaxtını necə təşkil etdiklərinə baxmayasan ki?

Layihə menecerlərindən vaxt idarəçiliyini öyrənə bilərsiniz – günün hər dəqiqəsini faydalı keçirdiyiniz və çərəzlər ilə çay içmək üçün vaxtınız olduqda, həmişə bunu edə bilərsiniz. Satış menecerlərinin kommunikasiyaları necə qurmaqla bağlı üsulları araşdırmaq olar (biz əminik ki, mühasib heç də susqun bir peşə deyil). Hüquqşünaslar qanunvericilikdən necə xəbərdar olmağı, hansı xidmətlərə və xəbər lentlərinə abunə olmağı sizə xəbər verəcəkdir. Marketoloqlar maraqlı bir forum təklif edəcəklər və sisadminlər işdə hansı tətbiqlərdən istifadə edə biləcəyinizi, mühasibat sistemini və ya elektron sənəd mübadiləsi xidmətini daha yaxşı necə seçəcəyinizi izah edəcəklər.

Yeri gəlmişkən, siz işdən ötrü öz smartfonunuzdan istifadə edirsinizmi? Və bütün bunlar sizin iş gününüzü düzgün və səmərəli şəkildə qurmağa, mühasibat uçotu dünyasındakı dəyişikliklərdən xəbərdar olmağa və cari vəzifələri həll etməyə kömək edəcək. Belə ki, informasiya, istinad, ünsiyyət və planlaşdırma, hər şey üçün, hər şeydən ötrü bir çox müxtəlif mobil xidmətlər var.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotunda müasir problemlər (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – müasir problemlər (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır.

Məlumatların bütövlüyü məsələləri də aktual problem kimi çıxış edir. Belə ki, onlayn-xidmətləri üçün internet şəbəkəsi ilə daimi əlaqənin təmin edilməsi zəruridir. Bununla əlaqədar isə məlumat anbarlarında informasiyanın düzgün və vaxtında yenilənməsi ilə bağlı problemlər yarana bilər.

Yuxarıda göstərilən problemlərin həlli şirkətə məxsus olmayan serverlərdə (onlayn-xidmətdə yerləşir) məsafədən çıxışın olması halında məlumatların itirilməsi və ya ona giriş üçün şəraitin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər tələb edir.

Bundan başqa, proqram təminatının texniki dəstəyi ilə bağlı xərclərin azaldılmasına baxmayaraq, istifadəçi istifadə olunan təminatda məhdudiyyətlərlə üzləşir və bəzən onun öz məqsədləri üçün onu tam şəkildə tənzimləmək imkanı mövcud olmur.

Mühasibat uçotunun avtomatlaşdırılmasından istifadənin üstünlüklərinə baxmayaraq, onun bilavasitə müəssisə çərçivəsində istifadə edilməsinin aşağıdakı problemləri mövcuddur:
  1. Müəssisənin fəaliyyətinin əsaslarını və əsas biznes proseslərini müəyyən etmək zərurətindən ibarət olan avtomatlaşdırma məsələlərinin müəyyən edilməsi, bu da müəssisənin real tələbatından kənara çıxmamağa imkan verir;
  2. Mühasibat uçotu, hesabat və vergi qaydalarını müəyyən edən qaydalardakı tez-tez dəyişikliklər çevik deyildir və xarici şərtlərdəki dəyişiklikləri əks etdirə bilmirlər;
  3. İxtisaslı kadrların çatışmazlığı.
  4. Müəssisədə mövcud məlumatların yeni sistemə köçürülməsi.

Bütün bu problemlər mühasibat uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemin tətbiqinə çəkilən xərclərin artmasına və onun tətbiqindən iqtisadi effektin olmamasına səbəb ola bilər.

Sonda qeyd etmək lazımdır ki, hazırda mühasibat uçotunun aparılmasını informasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyalarının inkişafı ilə yeni imkanlar, eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmasının yeni problemləri meydana çıxır ki, bu da öz həllini tələb edir.

Mühasibat uçotu üzrə informasiya texnologiyalarının inkişafı mühasibin işinin effektivliyinin və keyfiyyətinin yüksəldilməsinə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin yaxşılaşmasına imkan yaradır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, uçotun avtomatlaşdırılması sistemi mühasibləri tamamilə əvəz edə bilməz. Axı bir çox məsələlər var ki, onların həlli zamanı peşəkar mülahizələrin hazırlanması vacibdir. Çünki bu, avtomatlaşdırmaya zəif təsir göstərir, zira, ilk növbədə, insanın şəxsi təcrübəsinə əsaslanır.

1 865 866 867 868 869 870 871 2. 350