Kasıb ölkələrə borclar üzrə ödənişləri dayandırmağa icazə verilib

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən kasıb 46 ölkəsinə 5.7 milyard dollarlıq borclarını ödəmək üçün möhlət verilib. “Praym”ın yazdığına görə, koronavirus pandemiyası səbəbi ilə yaranan mürəkkəb vəziyyətə görə borcların ödənilməsi təxirə salınıb.

Yoxsul ölkələrə ikitərəfli kreditlər üzrə ödənişləri təxirə salmaq imkanı verilməsi pandemiyaya qarşı mübarizə tədbirləri paketi çərçivəsində G20 – nin təşəbbüslərindən biridir. O, aprel ayında dünyanın ən inkişaf etmiş 20 ölkəsinin bir qrupu tərəfindən qəbul edilmişdir.

Bundan əvvəl məlum olmuşdu ki, bu ilin sonuna kimi dünya borcunun həcmi rekord məbləğə 277 trilyon dollara (qlobal ÜDM-in 365 faizinə) çatacaq. Həmin borc ötən ilin sonundan etibarən 15 trilyon dollar artıb. İnkişaf etməkdə olan ölkələrin borcunun həcmi onların ümumi ÜDM-in təxminən 210 faizinə bərabərdir.

Ekspertlər bu cür sıçrayışa səbəb kimi, aşağı faiz dərəcələri ilə əlaqədar olaraq, dövlətlər və korporasiyalar tərəfindən bütün dünyada borcların sayının artması göstərilir. Bununla əlaqədar iqtisadçılar defoltların yaşanacağını proqnozlaşdırırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email