ABŞ Dövlət Departamenti borclulara xarici pasport verilməsini dayandırıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

pasportHələ 2015-ci ildə qəbul edilmiş və bu ilin yanvar ayında qüvvəyə minmiş qanuna əsasən, qəsdən vergi ödəməyən şəxslərə xarici pasport verilməsi dayandırılmışdır. Ölkənin vergi administrasiyasının – Daxili Gəlirlər Xidmətinin qiymətləndirilməsinin nəticələrinə görə, bu tədbir 362 mindən artıq vətəndaşı əhatə edəcək.

Qanunda göstərilir ki, vergi orqanları Dövlət Departamentini vergi borcu 51 min dollardan artıq olan şəxslər barədə məlumatlandırmalıdır. Bu tədbir çərçivəsində xarici siyasət idarəsində də həmin şəxslərə pasportların verilməsi və ya onların pasportlarının müddətinin uzadılması qadağan edilmişdir. Bununla yanaşı, Dövlət Departamenti əlində pasport olan vergi qaçaqlarının pasportlarını ləğv etməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Daxili Gəlirlər Xidmətinin nümayəndəsi nümayəndəsi Meri Bet Merfinin sözlərinə görə, hələlik sərhədi keçərkən şəxsiyyəti təsdiq edən sənədin verilməsindən imtina olunması ilə kifayətlənmək qərara alınmışdır. Lakin gec-tez vergi qaçaqlarının pasportlarının müddəti qurtaracaq. İndiki halda xarici ölkələrə getmək istəyirlərsə, onların yeni pasport üçün müraciəti rədd ediləcək.

Bundan əlavə, qanun qüvvəyə minəndən bəri keçmiş bir neçə ayın faktları təsdiq edir ki, bu tədbir öz sözünü deyir. İyun ayının sonuna olan vəziyyətə görə, 220 nəfər ümumilikdə 11,5 milyon dollar həcmində borclarını tam şəkildə ödəmişdir. Dövlətə vergi borcu olanlardan bir nəfər isə xaricə getmək üçün pasport ala bilmək üçün 1 milyon dollar həcmində borcunu ödəmişdir. İndiyədək 1,4 min nəfər vətəndaş öz vergi borclarını hissə-hissə ödəmək barədə müvafiq orqanlarla razılaşma əldə etmişlər ki, bu addımı atmaq onların adının “qara siyahı”dan çıxarılmasına imkan yaradır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email