Böyük Britaniyanın Aİ-nin ƏDV zonasını tərk etməsi təsdiqlənib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVBöyük Britaniya qanunvericilərinin qəbul etdikləri qanun layihəsinə əsasən, ölkə Avropa İttifaqını (Aİ) tərk edəndən sonra Aİ-nin əlavə dəyər vergisi (ƏDV) zonasından da çıxmalı və özünün ayrıca ƏDV rejimini formalaşdırmalıdır. Deputatlar hesab edirlər ki, belə bir addımın atılması keçid dövrünün şərtlərinin razılaşdırılması ilə bağlı hökumətin göstərdiyi səyləri dəstəkləməklə  «Breksit»in şirkətlərə təsirini yumşalda bilər.

Böyük Britaniyanın Aİ-nin ƏDV zonasında iştirakını istisna etməsi parlamentin aşağı palatasında qəbul edilmiş dörd düzəlişdən biridir. Aİ-yə edilmiş təklifə görə, ən müstəsna halda İrlandiya əvvəlki kimi Aİ-nin ƏDV zonasında iştirak edə bilər ki, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında sərt sərhədin yaranmasının qarşısı alınsın. İrlandiyada sərhəd məsələsinin razılaşdırılmasının mümkün olmaması isə Aİ üçün məhək daşına çevriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gözlənilir ki, 303 səs lehinə, 300 səs əleyhinə olmaqla qəbul edilmiş düşəliş sərt sərhəd çəkməkdən yan keçmək üçün Aİ hökumətinin işini xeyli çətinləşdirəcək və beləliklə, «Breksit»in ən sərt variantına gətirib çıxaracaq.

Ekspertlərin qiymətləndirməsinə əsasən, hökumət qanunvericiliyə dörd düzəlişi təsdiqləməklə hazırda «Breksit»dən sonra ƏDV sistemini yaratmağa səy göstərir. Böyük Britaniya Aİ-nin ƏDV zonasından çıxdığı halda, başqa məsələlərlə yanaşı, öz qanunlarını  Aİ-nin ƏDV ilə bağlı qanunvericiliyinə uyğunlaşdırmalı  və ƏDV məsələlərinə aid Avropa Məhkəməsinin qərarları ilə hesablaşmalı olacaq.  Bu isə Britaniyanın Aİ müəssisələri ilə maliyyə əməliyyatları aparan şirkətləri üçün ƏDV yükünün ağırlaşmasına səbəb olacaq.

Ümumilikdə bu dəyişiklikəri belə qiymətləndirmək mümkündür ki, Breksit sazişi ilə bağlı keçid dövrünə aid daşınışıqlar razılaşma ilə nəticələnməyə bilər, başqa sözlə, Böyük Britaniya Aİ-ni keçid dövrü olmadan 2019-cu il mart ayının 29-da tərk edə bilər.

Parlamentin aşağı palatası qeyd edilən düzşəlişlərlə vergitutma və transsərhəd ticarət barədə qanun layihəsini qəbul etmişdir. Layihə növbəti mərhələdə Lordlar Palatasına  təqdim ediləcək.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email