Böyük Britaniyaya qida qıtlığı ilə bağlı xəbərdarlıq olunub

posted in: Xəbər | 0
birbank biznes

ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Bloomberg yazır ki, ərzaq istehsalçıları və tədarükçüləri yaxın zamanlarda ölkənin qarşılaşa biləcəyi qida çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər.

Yemək çatışmazlığı təhlükəsi bir neçə səbəblə əlaqədardır. Bunların arasında – katolik Yeni il bayramı ərəfəsində ajiotajlı tələbat, anbar otaqlarının çatışmazlığı, koronavirus pandemiyası və Britaniyanın Avropa ittifaqından çıxmasını (2020-ci ilin sonunda keçid dövrü başa çatır) göstərmək olar.

London və Brüssel Brexit-in şərtləri ilə bağlı hələlik razılığa gələ bilməyiblər. Dekabr ayının sonuna qədər buna nail olmaq mümkün deyilsə, Böyük Britaniya ümumiavropa bazarının bir hissəsi olmağı dayandıracaq. Bu, ölkə ilə Avropa ittifaqı arasında gömrük sərhədlərinin tətbiqinə gətirib çıxaracaq.

Bütün bunların fonunda bir çox malların, o cümlədən ərzaq məhsullarının tədarükçüləri ehtiyatları artırmağa çalışırlar ki, bu da anbarların və nəqliyyat magistrallarının həddən artıq yüklənməsinə səbəb olur. Bir çox şirkətlər artıq qeyd edirlər ki, vəziyyət  baharda, ilk koronavirus dalğası zamanı olduğundan daha ciddidir. Çünki o vaxt daha möhkəm ehtiyatlar var idi.

Hal-hazırda anbarlar tez xarab olmayan məhsullarla, demək olar ki, tam yükləniblər. Bu da yollarda çoxkilometrlik tıxaclarlar yaradıb, nəticədə qalan kateqoriyalı malların tədarükü üçün təhlükə yaranıb. Bazar iştirakçıları Böyük Britaniya və AB səlahiyyətlilərinin çıxış yolu tapacağına və hər iki tərəf üçün məqbul şərtlərlə müqavilə bağlanılacağına ümid edirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email