Braziliya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Braziliya vergi sistemiBraziliya vergi sistemi

2-ci hissə (1-ci hissə)

Gəlir vergisi ilə bağlı mütərəqqi cədvələ görə, aylıq gəliri 1257 real olan şəxslər vergi ödənişindən azad olunurlar. Gəlirləri 1257-2512 real olan şəxslər 15% (188 real), 2512 realdan artıq gəliri olanlar isə 27,5% (502 real) vergi ödəyirlər.

Kənar daxilolmalar barədə məlumat vermək və müvafiq ödənişi etmək üçün növbəti ayın son günü nəzərə tutulub.

İllik gəlirlər barədə vergi deklarasiyası aprel ayının son iş gününə kimi təqdim olunmalıdır. Vergiyə cəlb olunan hər bir Braziliya sakini cari ilin 31 dekabrınadək fərdi aktivləri və passivləri ilə bağlı vəziyyət barədə məlumat verməyə borcludurlar. Baxmayaraq ki, sakinlərin bəziləri bu vergiləri ödəməli deyillər, bu hamı üçün məcburi bir qaydadır.

Daşınmaz əmlakdan gələn başlıca gəlir Braziliyada 15% vergiyə cəlb olunur. 1989-cu ilədək əldə olunan və sənədləşdirilən mülkiyyət  sahibləri olan Braziliya sakinləri üçün gəlirin miqdarı hər il ərzində 5% aşağı salınır. Əgər, belə bir sövdələşmə əvvəlki beş il ərzində baş tutmayıbsa, əmlak aşağı qiymətə və ya 440 min reala satılıbsa və əgər həmin şəxsin digər mülkiyyəti yoxdursa, onda həmin adam vergi ödənişindən azad olunur. Eləcə də əgər, vergi ödəyicisi kommersiya gəlirlərindən digər əmlak almaq üçün istifadə edərsə, növbəti altı ay ərzində vergi ödəməkdən azad olunur.


Telegram qrupumuza üzv olun

Kapital artımından gəlirlər (dividendlərin ödənişi) və Braziliya fond birjasında səhmlərin satışdan əldə olunan gəlir 20 000 realdan aşağı olarsa, ayrıca götürülmüş bir ayda vergi ödənişindən azadolma mümkündür. Əgər, hər hansı bir ayda gəlir bu məbləği ötərsə, onda ümumi gəlir vergi stavkasına uyğun olaraq 15% və ya 20% həcmində vergiyə cəlb olunur.

Ümumi zərərlər, aylıq mənfəəti ödəmək üçün istifadə edilə bilər.Hər bir kəs vergi endirimi əldə etmək üçün istifadə olunmamış zərərləri tətbiq edə bilər.

Ümumi mənfəət, hansı ki, əmanət sahibləri Braziliya fond birjası ilə razılaşdırmayıblar, əgər ayrıca götürülmüş bir ayda 35 000 realı ötərsə, onda 15% vergiyə cəlb olunurlar.  Bu halda, ümumi zərərlərdən ümumi mənfəətin ödənilməsi üçün istifadə edilə bilməz.

Brazilya daxilində və ya xaricində istehsal olunan digər şəxsi malların satışından əldə edilən ümumi gəlir hər ayda  35 000-dan artıqdırsa, vergiyə cəlb edilən faiz dərəcəsi 15% -dir.Əmlakın bütün növləri üzrə vergilər satıldığı aydan sonrakı ayın sonunadək ödənilməlidir.Şəxsin Braziliyada rezident olmadan əvvəl aldığı xarici məhsulun və ya şəxsi əmlakın satışından əldə olunan gəlir, rezident olduqdan sonra vergiyə cəlb edilmir.

Braziliyada mirasa görə  vergi tutulmur.

Qeyd etmək lazımdır ki, Braziliyada ƏDV Avropada tətbiq olunan bu növ vergidən xeyli fərqlənir. Bu ölkədə ƏDV-nin iki növü mövcuddur: Satışdan tutulan ƏDV və gəlir vergisi və aksizlər.

Bəzi bələdiyyələr müəyyən müəssisələrin xidmətlərinə görə ya daşınmaz əmlakın verilməsinə görə 2 faizlik vergi tuta bilərlər. Daşınmaz əmlak sahibləri üçün illik şəhər vergisi də 0,6% -lə tətbiq oluna bilər, lakin bəzi yerlərdə bu əmlakın qiymətləndirilmiş dəyərinin 1,4% -ə çata bilər ki, bu da bələdiyyələrdən asılı olaraq dəyişir.

Qeyd etmək lazımdır ki, Braziliyada mühasibat uçotu sahəsində işləyən şəxslər ayda 3523 ABŞ dolları səviyyəsində əməkhaqqı alırlar.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email