Vergi hesabatlarını hazırlamadan əvvəl BTP-nin 3.7.8 versiyasını yükləməyi unutmayın

posted in: Xəbər | 0

BTPBTP – Bəyannamə Tərtibatı Proqramının yeni versiyasında aşağıdadakı yeniliklər edilmişdir.

BTP-Bəyannamə Tərtibatı Proqramı Versiya 3.7.8 Yeniliklər :

  1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06 iyun 2018-ci il tarixli 1817040100368600 nömrəli “Bir sıra bəyannamələrin, hesabatın, onların əlavələrinin və tərtib edilməsi qaydalarının yenidən təsdiq edilməsi barədə” Əmrinə əsasən dəyişiklik edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsi”nin, “Əmlak vergisinin bəyannaməsinə Əlavə”nin forması və“Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4 və 5 №-li Əlavələrinin yeni formalarının yaradılması.
  2. Dövlət rüsumu haqqında” hesabatın Əlavə 1-də yeni 1125-ci sətir kodunun əlavə edilməsi və həmin sətrə maddələr əlavə edilməsi; 1103-cü kodlu sətirdə yeni 14.1-1, 14.3-1 və 14.3-2 maddələr əlavə edilməsi.
  3. Aksiz vergisinin bəyannaməsinin” 403.1-ci “siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar)” və 403.2-ci “tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri” sətirləri üzrə aksiz dərəcələrinə dəyişiklik
Bu linkə daxil olaraq proqramı yükləyə bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *