Bu bəyannamə artıq Vergi Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

VergiƏDV bəyannaməsi və əlavəsi Vergi Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb.

Vergilər nazirinin əmri ilə “Əlavə dəyər vergisinin bəyannaməsi”nə və ona 5 nömrəli əlavə( ƏDV bəyannaməsi ) və onların tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ƏDV bəyannaməsinin 5№-li əlavəsi Vergi Məcəlləsinin 164-cü və bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin ƏDV-dən azad əməliyyatları olduqda tərtib və təqdim edilir. Vergi ödəyicilərinə əlavənin tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı müvafiq işarə və simvollardan istifadə etməmək şərti ilə bütün yazı damalarını yalnız böyük çap hərfləri ilə doldurmaq tövsiyə olunur. Əlavə kağız formada doldurularkən qara və ya göy rəngli diyircəkli qələmlə tərtib edilməsi mütləq şərt kimi müəyyən olunub. Əlavə doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.


ƏDV-nin qaytarılması üçün bu sənədlər tələb edilir


Dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcəkdir.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email