Bu fəaliyyət növünə lisenziya verilməsi sadələşdirilir

posted in: Xəbər | 0
birbank biznes

təhsil haqqıAzərbaycanda Valyuta tənzimi haqqında qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.


Bu yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıla bilər

Qeyd edək ki, Valyuta tənzimi haqqında qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru (“Azərpoçt” MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email