Bu halda ezamiyyə xərcləri vergiyə cəlb edilir

posted in: Xəbər | 0
birbank biznes

Bu halda ezamiyyə xərcləri vergiyə cəlb edilir

gəlir xərc kompensasiya ezamiyyə xərcləriSual: Mülki müqavilə ilə işləyən işçilərin ezam xərcləri gəlirdən azaddırmı?
Cavab: Bildiririk ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilələr ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab olunur.
Həmin şəxslər vergi ödəyicisi olduqda gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir, gəlirlərindən xərclərini çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəyirlər.
Mülki-hüquqi müqavilə ilə xidmət göstərən şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email