Bu məhsul üzrə aksiz vergisi 3 dəfə artırıldı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

aksiz vergisiAzərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Həmçinin oxu: Aksiz vergisi və aksizli mallar anlayışı

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Həmçinin oxu: Aksiz vergisi ödəməkdən azad edilmə

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email