Bu məhsul üzrə Aksiz vergisi artırılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

“İdxal edilən tütün məmulatlarına daha yüksək aksiz dərəcələrinin tətbiq edilməsi labüddür”.

Bunu vergilər naziri Mikayıl Cabbarov “Real TV”yə verdiyi  müsahibəsində bildirib.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

“Tütün məmulatlarına aksizlərin artırılması nəzərdə tutulur. Bir tərəfdən ölkədə aksiz məbləği kifayət qədər aşağıdır. Digər tərəfdən, idxal ilə yerli istehsal arasında aksiz nöqteyi-nəzərdən heç bir fərq yoxdur. Biz düşünürük ki, bu vahid rəydir, həm Maliyyə, həm də İqtisadiyyat nazirlikləri də hesab edir ki, yerli istehsalçıları bu sahədə dəstəkləməyə ehtiyac var. İdxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisinin tətbiqi labüddür”,- Vergilər Naziri deyib.


Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email