» » » Bu ölkədə bundan sonra turistlərdən vergi tutulacaq

Bu ölkədə bundan sonra turistlərdən vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

Rusiyanın Turizm Operatorları Assosiasiyasının məlumatına əsasən, 2018-ci il boyunca Yunanıstanın mehmanxanalarında və lisenziya almış apartamentlərində hər sutka üçün turist vergisi yığılacaq. Vergini ya əvvəlcədən, ya da mehmanxanada qalmaq müddəti başa çatandan sonra ödəmək mümkündür. Verginin məbləği isə mehmanxananın “ulduz” sayından asılıdır. “Beşulduz” mehmanxanada 1 nömrə üçün gündəlik verginin məbləği 4 avro, “dördulduz” mehmanxanada isə 3 avro, “üçulduz” nömrə üçünsə 1,5 avro müəyyənləşdirilmişdir. Aşağı kateqoriyalı qonaq yerlərində bir gecə qalmaq üçün 0,5 avro ödəmək lazım gəlir.

“Dördulduz” səviyyəli apartamentin 1 günlük vergisi 1 avro, “üçulduz” üçün 0,5 avro, “ikiulduz” və “birulduz” apartamentlərinki isə 0,25 avrodur. Turizm Operatorları Assosiasiyasının məlumatında o da qeyd edilmişdir ki, Yunanıstanda bəzi hotellər, əsasən də yüksək kateqoriyaya aid bahalı mehmanxanalar turist vergisini öz üzərlərinə götürməyə hazır olduqlarını bildirmişlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *