Bu ölkədə vergi amnistiyası qüvvəyə minib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Qazaxıstanda vergi amnistiyası qüvvəyə minib.

90 mindən artıq kiçik və orta müəssisə bu güzəştdən faydalanacaq.

Prezident Nursultan Nazarbayev keçən ilin oktyabr ayında ölkə vətəndaşlarına “Qazaxıstanlıların rifah halının yüksəldilməsi: gəlirlərinin və həyatın keyfiyyətinin yüksəldilməsi” ilə bağlı müraciətində səlahiyyətli dövlət orqanlarına kiçik və orta biznes subyektləri üçün vergi amnistiyası tətbiq edilməsi barədə tapşırıq vermişdi.

Söhbət əsas vergi borcunu ödəyən vergi ödəyicilərinə hesablanmış faiz və cərimələrdən gedirdi. Bundan əlavə, 2018-ci ilin oktyabr ayına qədər borcu olan kiçik və orta sahibkarlar öz borclarını 2019-cu ilin sonuna qədər ödəyəcəkləri halda, onlara hesablanmış faiz və cərimələrin də silinməsi nəzərdə tutulur.


Bu bəyannamənin tərtib olunması qaydaları təsdiqlənib

Bu güzəştlər aşağıda göstərilən vergi ödəyicilərinə tətbiq edilmir:

  • monitorinqə düşən iri vergi ödəyiciləri;
  • mədən istifadəçiləri (yeraltı suların və müalicə palçığının hasilatçıları istisna olmaqla);
  • aksiz vergisi tətbiq olunan məhsul istehsalçıları;
  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər.

Bu meyarlar nəzərə alınmaqla 90.077 təsərrüfat subyektinin vergi amnistiyasından faydalanacağı gözlənilir. 2018-ci ilin oktyabr ayına onların vergi borcu 340,6 milyard tenge (100 tenge=0,450 manat), hesablanmış faizlər 122,9 milyard tenge, cərimələr isə 7,3 milyard tenge təşkil edirdi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email