Bu rayonlarda yaşayanlar Vergilər Naziri ilə görüşə biləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 09 mart 2018-ci il tarixində saat 11:00-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında  (Ünvan: Yeni körpü, 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 05-08 mart 2018-ci il tarixlərində Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email