Büdcə ilə hesablaşmalar

posted in: Xəbər | 0
birbank biznes

68 N-li “Büdcə ilə hesablaşmalar” hesabı mühasibat uçotu hesablar planının əsas hesablarından olmaqla müəssisənin, onun işçi heyətinin və təsisçilərinin büdcəyə ödədikləri, bütün növ vergilər (əlavə dəyər vergisi, müəssisələrin mənfəətindən vergi, aksiz, fiziki şəxslərdən gəlir vergisi, mədən vergisi, gömrük idxal-ixrac vergiləri, patent alınmasına görə, birdəfəlik ödənilən rüsumlar və digərləri) üzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün istifadə olunur. Büdcəyə hesablanmış vergilər 68-ci hesabın kreditində, həmin vergilər üzrə ödənilmiş məbləğlər isə debetində yazılır.

Büdcəyə vergilərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin və digər orqanların qərar və normativ sənədləri ilə tənzimlənir. Analitik uçot vergilərin növləri üzrə aparılır. Artıq ölkəmizdə xəzinədarlıq sisteminə keçidlə əlaqədar olaraq büdcəyə ödənilən bütün vergilər yerli xəzinədarlıq idarəsinə köçürülür. Ödənişin təyinatı qrafasında köçürülən verginin adı və hesabat dövrü göstərilir.

Müəssisə ödəyicisi olduğu hər bir vergi üzrə Vergi Məcəlləsində nəzərdə tutulduğu qaydada vergi orqanına hesablanmış və ödənilmiş vergilərin haqq-hesabını təqdim edir. Eyni zamanda vergi uçot şöbəsində bütütn tədiyyəçilərin təqdim etdikləri hesabat ödəniş sənədlərinə əsasən şəxsi hesab vərəqəsi tərtib olunur. Mütəmadi olaraq büdcə ilə hesablaşmaların dəqiq uçotunu aparmaqdan ötrü tədiyyəçilər özlərinin mühasibat uçotunda və vergi orqanının şəxsi hesab vərəqəsində əks olunan göstəricilərin uyğunuluğunu yoxlamalıdırlar.

Print Friendly, PDF & Email