Son bir ildə büdcə daxilolmaları 49% artıb

posted in: Xəbər | 0
birbank biznes

büdcə daxilolmalarıBu ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 293 mln. 360,2 min manat təşkil edib.

2017-ci ilin iyun ayı ilə müqayisədə daxilolmalar 97 mln. 037 min manat və ya 49,42% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə daxilolmalar 4 mln. 694,6 min manat və ya 1,57% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 70 mln. 693,7 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 mln. 358,4 min manat, aksizlər üzrə 17 mln. 330,2 min manat, yol vergisi üzrə isə 2 mln. 977,9 min manat təşkil edib.

Mənbə: apa.az
Print Friendly, PDF & Email