Çeklər üzrə hesablaşma barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

çekEtibarnamə üzrə imzalanmış çeklər praktik istifadə üçün ən maraqlı olanlardır.

Təşkilat öz işçisini başqa şəhərə göndərə və lazım olan malların alınması üçün ona yerində qərar qəbul etməkdən ötrü hüquq verə bilər. Həmin əməkdaşın operativ şəkildə  alınan mallara görə ödəmə etməsi üçün təşkilat ona müəyyən limitdə bir çek dəftəri və çekləri imzalamaq üçün etibarnamə verir.  Amma, satıcının təşkilatı üçün aldığı çeklər müəyyən risk də daşıya bilər: həmin çeklərin saxta olması da istisna deyil.

Satan təşkilat üçün daha bir risk də vardır, misal üçün, ola bilər ki, malı alan  təşkilatın verdiyi çek kitabçasında limit artıq başa çatıb. Əgər çek kitabçasında artıq cırılmış çeklərin kötükləri  varsa, bu da istisna olunmur. Limitin həcmi kitabçanın özündə, indiyədək ödənilmiş çekər üzrə məbləğlər isə çeklərin kötüyündə göstərilir, hansılar ki, artıq istifadə olunub. Çeki qəbul edən satıcı, bu zaman çek kitabçasındakı limitin qalığı ilə bağlı məlumatı yoxlaya bilər və bunu hökmən etməlidir.

Çek kitabçasında istifadə olunmuş çeklərin kötüyünü bundan əvvəl mal satan satıcılar da yoxlamalıdırlar.

Onu da deməliyik ki, onlar bunu hələ mal satılan zaman etməliydilər, çünki çek kitabçasında yazılan ümumi məbləğlə çekin özündə yazılmış məbləğin həcmi ilə bağlı məlumatın dəqiqliyini yoxlamaq bir növ onların borcudur. Bu, saxtakarlıqların qarşısını vaxtında önləməyə imkan yaradır.

Lakin, çek saxlayanların bəzisi nəinki bunu yoxlamırlar, hətta heç bu haqda düşünmürlər də.  Bəziləri isə heç kötüyün doldurulmasını gözləmədən çeki almaqla işlərini bitmiş hesab edirlər.

O səbəbdən yeni işgüzar partnyordan çeklərin qəbulu zamanı satıcı təşkilat əlavə təhlükəsizlik tədbirləri görməyə borcludur. Bununla əlaqəli potensial çek saxlayan öz bankı ilə məsləhətləşə və həmin çekin həqiqiliyinin yoxlanılmasını belə xahiş edə bilər.

Çeklər vasitəsilə hesablaşma, xüsusilə iri məbləğdə alış-satış zamanı çox rahat bir ödəniş növüdür. Bunun ən yaxın alternativi isə na]d hesablaşmadır. Belədə işçini başqa şəhərə çemodan dolu pul ilə göndərmək lazımdır ki, bu da həm təşkilatın özü, həm də həmin işçinin özü üçün böyük riskdir. Limitli çek kitabçasının yolda itirilməsi də bəzi xoşagəlməzliklərlə müşaiyət olunacaq və istənilən digər bir ciddi hesababtlılıq kimi, bu da arzuolunmaz bir itkidir. Lakin, çek kitabçasının itirilməsi zamanı limitli çek kitabçası verən təşkilat öz pullarını qoruyub saxlaya bilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email