Çin dolların qadağan olunmasına hazırlaşır

posted in: Xəbər | 0
birbank biznes

yüksək əmək haqqı, Kiçik Xəzinədar, vakansiya,Çin istisna etmir ki, ABŞ sanksiya təzyiqini gücləndirmək məqsədilə onun dollar ilə hesablaşma vasitəsi kimi istifadə etməsinə qadağa qoyuması ilə bağlı qərar verə bilər. Bunu ÇXR qiymətli kağızlara nəzarət Komitəsinin sədr müavini Fan Sinhay bəyan edib.

Onun sözlərinə görə, Pekin, həqiqətən, yalnız psixoloji baxımdan deyil, Banklararası məlumat transferi və SWIFT ödəniş sistemi və banklararası elektron hesablaşma sistemindən ayrılmağa hazırlaşmalıdır.

Fan Sinhay əlavə edib ki, mövcud asılılıq Çini iki ölkə arasındakı qarşıdurmanın kəskinləşəcəyi təqdirdə yarana biləcək sanksiyalara qarşı həssas edir.

Qurum rəsmisi, həmçinin dolların dəyərdən düşməsinin Çinə problem yarada biləcəyini qeyd edib. Bunun nəticəsində Pekinin xaricdəki qeyri-maliyyə investisiyaları zərər görə bilər ki, onların həcmi isə təxminən, iki trilyon dollar təşkil edir. Aktivlərin yuana köçürülməsi xarici maliyyə təzyiqini aradan qaldırmağa imkan verəcəkdir.

İyunun 22-də axşam ABŞ prezidentinin ticarət müşaviri Peter Navarro, Trampın bu ilin yanvar ayında imzalandığı ticarət razılaşmasını pozduğunu söyləyib. Belə bir qərarın qəbul olunmasına səbəb kimi o, koronavirus pandemiyasını misal göstərmişdir. Lakin, sonradan Ağ ev rəhbərinin özü müşavirinin sözlərini tamamilə təkzib edib və bəyan edib ki, saziş qüvvədə qalır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email