Çinin avtomobil nəhəngi iflas ərəfəsindədir

posted in: Xəbər | 0
birbank biznes

Bir zamanlar Çinin ən böyük avtomobil istehsalçılarından biri olan Lifan şirkəti iflasın lap astanasındadır. Ona qarşı 400-ə yaxın kreditor tərəfindən iddia qaldırılıb.  Bu haqda Çin mətbuatına istinadən “Autonovosti dnya” saytı xəbər verib.

İddiaların ümumi məbləği təxminən 3 milyard yuan (428 milyon ABŞ dolları) təşkil edir. Hətta Lifanın törəmə şirkətləri tərəfindən də məhkəmələrə iddia tələbləri göndərilib. İndiyə kimi 221 işə baxılıb, həmin işlər üzrə avtomobil istehsalçısının artıq təxminən 1,8 milyard yuana qədər (257 milyon ABŞ dolları) borcu yaranıb, beləliklə, artıq yaxın həftələrdə şirkət öz mövcudluğunu dayandıra bilər.

Lifan şirkəti motorlu nəqliyyat vasitələrinin istehsalı və satışı, eləcə də torpaq sahələrinin satışı yolu ilə ayaqda qalmağa çalışır. Həmin torpaq sahələrindən birində, Çunsin əyalətində zavod yerləşir, bu sövdələşmə 1,5-2,5 milyard yuan həcmində pul gətirə bilər.

Digər sazişlər də mümkündür, lakin onlara dair heç bir məlumat yoxdur. Nəşrdə qeyd olunur ki, Lifan böhrandan çıxa bilərsə, əsas bazarlarda rəqabət qabiliyyətini qoruyub saxlaya bilər.

Son beş ildə şirkətin satışları kəskin şəkildə aşağı düşüb. Hətta Çinin özündə satışlar on dəfə aşağı düşüb. Şirkətin əsası 1992-ci ildə qoyulub və bir vaxtlar Lifan ölkənin ən böyük motosiklet istehsalçısı sayılırdı. Lifan şirkəti Rusiyaya ötən onilliyin əvvəlində ayaq basıb, o cümlədən 2010-cu ilin mart ayında Karaçay-Çərkəsdəki zavodda istehsal başlamışdı.

Hal-hazırda, koronavirus pandemiyası səbəbiylə bütün dünya üzrə avtomobil nəhəngləri problem yaşayırlar. Daimler, Audi, Opel, BMW, Nissan и Renault kimi avtomobil nəhəngləri hazırda işçilərin kütləvi ixtisarları barədə düşünürlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email