Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilər?

posted in: Xəbər | 1
birbank biznes

Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilər?

Ciddi hesabat blanklarıSual: Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 2017-ci il tarixli “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” da sadalanan sənədlərin (ciddi hesabat blankları) tətbiq olunmaması zamanı hansı vergi cərimələri tətbiq oluna bilər? Xatırlatmaq istəyirəm ki, söhbət elekton sənədlərdən getmir (elektron qaimə faktura və elektron vergi hesab fakturası)

Cavab: Bildiririk ki, qeyd olunan qanunvericilik aktında sadalanan sənədlər ciddi hesabat blanklarıdır. Onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

Eyni zamanda, ilkin uçot sənədləri  maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur


Bax: Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişikliklər ediləcək

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa  qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlərin, habelə elektron daşıyıcılarındakı məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə  sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.7-ci, 57.3-cü, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın yekun müddəaları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının  29 iyun 2004-cü il tarixli 716-IIQ saylı Qanunu.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Anar Miriyev
    |

    Vergininin cavabi tam deyil